KORDİLYER (SIRA DAĞLAR)

geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək üçün də işlədilir. кордильера cordillera
KOR DƏRƏ
KORİOLİS QANUNU
OBASTAN VİKİ
Kordilyer (sıra dağlar)
Kordilyer — (rus. кордильера, ing. cordillera) fiziki coğrafiya və geomorfologiyada ümumi məfhum olub, müəyyən məsafədə uzanmış və müəyyən dərəcədə paralel dağ silsilələrini ifadə etmək üçün istifadə edilir (ona bitişik dərələr, hövzələr, platolar, düzənliklər, yaylalar, çaylar və göllərlə birlikdə). Kordilyerlərin ayrı-ayrı hissələri müxtəlif istiqamətli ola bilər, lakin əsas istiqamət bir olur (mis: Cənubi Amerikada And paralel dağ sistemləri). Məfhum Cənubi Amerikada ayrılıqda dağ sistemlərini ifadə etmək işlədilir.
Sıra
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Kordilyer dağları
Kordilyer dağları (isp. Cordilleras ,ing. American Cordillera) — Şimali və Cənubi Amerikanın qərb kənarları boyunca uzanan ən böyük dağ sistemi. Bütün Kordilyer sistemi iki hissəyə bölünür - Şimali Amerikanın Kordilyerləri və Cənubi Amerikanın Kordilyerləri, daha çox And dağları adlanır. Mərkəzi Amerikada Kordilyerlər iki yerə bölünür; bir qolu Antil adalarından keçir, digəri isə Panama bərzəxi ilə Cənubi Amerikaya keçir . Uzunluğu 18 min km-dən çox, eni Şimali Amerikada 1600 km, Cənubi Amerikada 900 km-ə qədərdir. Kordilyerlər Kanada, ABŞ, Meksika, Mərkəzi Amerika, Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Argentina və Çilidə yerləşir. Demək olar ki, bütün uzunluğu boyunca onlar Atlantik və Sakit okeanların hövzələri arasında su hövzəsi, eləcə də kəskin şəkildə müəyyən edilmiş iqlim sərhədidir. Kordilyer dağları hündürlüyünə görə yalnız Himalay dağlarından və Orta Asiyanın dağ sistemlərindən geri qalır. Ən yüksək zirvələri: Şimali Amerikada - Denali dağı (keçmiş MakKinli; 6190 m), Cənubi Amerikada - Akonkaqua dağı (6961 m ) .
Asimmetrik dağlar
Dağlar Abdullayev
Dağlar Məmməd oğlu Abdullayev (15 avqust 1938, Ağdaş – 10 may 2014, Bakı) — Azərbaycan tibb xidməti general-mayoru. Dağlar Abdullayev 1938-ci il 15 avqustdə Ağdaş rayonunda anadan olmuşdur. 1956-cı ildə 1 saylı Ağdaş şəhər orta məktəbini bitirdikdən sonra Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu "həkim-stomotoloq" ixtisası üzrə bitirmişdir. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmişdi. 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirmiş, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 1978–1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində işləmişdi. 1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunmuşdu. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdi.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Erezion dağlar
Masa dağlar
Masa və tava dağlar (rus. горы столовые, ing. table mountains) — denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənliklərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Merrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Mərrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. Çabaharın 200 turistik attraksionları dərgisi.
Qayalı Dağlar
Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi. Sakit okean və Atlantik okeanı arasında suayırıcı. Kanada və ABŞ ərazisindədir. Uzunluğu təqribən 3200 km, eni 700 km-ə, hündürlüyü 4399 m-ə qədərdir (Elbert dağı). Əsasən, arxeozoyun kristallik süxurlarından, şimal hissədə isə paleozoyun çökmə süxurlarından ibarətdir. Qeyzerlər və termal bulaqlar var. Zəlzələlər olur. Qayalı Dağların ətəklərində iynəyarpaqlı meşələr, yuxarılarda subalp və alp çəmənləri, mərkəzi və cənub hissədə çöl bitkiləri yayılmışdır. Qayalı dağlarda zəngin kömür, mis, molibden, qızıl, gümüş, neft yataqları, milli parklar (qoruqlar) - Casper, Robson, Banf (Kanadada) və Yellouston (ABŞ-də) var.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Qırışıqlı dağlar
Qırışıqlı dağlar (rus. горы складчатые, ing. folded mountains) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Qədim dağlar
Qədim dağlar (rus. древние горы, ing. old mountains) — qırışıq strukturu qədim (alpa qədərki) qırışıqlıq epoxalarında yaranmış və sonrakı orogenezlər nəticəsində dəfələrlə mürəkkəbləşmiş dağlar. Qədim dağlar morfoloji baxımdan yeni və müasir tektonik hərəkətlər nəticəsində cavanlaşa bilər. (məs: Baykal dağlıq vilayətinin dağları).
Kordilyer-Betika dağları
Kordilyer-Betika və ya Əndəlüs dağları (isp. Cordilleras Béticas, Sistemas Béticos) - Cənubi İspaniyada Andalusiya əyalətində dağ sistemi . Aralıq dənizi sahillərindən 600 km uzanaraq Qibraltara və Kadis körfəzindən Valensiya körfəzinə qədər uzanır. Dağ sistemi bir sıra silsilə və massivdən ibarətdir. Ən hündür silsiləsi Sieera-Nevedadır.Bu silsilənin ən hündür hissəsində Mulasen yerləşir. Hündürlüyü 3478 m-dir. Bura ən hündür nöqtəsi İspaniyada, Piriney yarımadasında yerləşir. Kordilyer-Betikanın ikinci ən hündür nöqtəsi Alp dağlarının Avropa hissəsində yerləşir. Bu dağ başlanğıcını İspaniyanın ən böyük çaylarından olan Qvadalkivirdən götürür O burada Andaluz düzənliyinə qədər uzanır . Kordilyer-Betikanın dağ landşaftları yarımadanın əsas isti hissəsindən başlayır.
Bennettitlər (sıra)
Marşansiya (sıra)
Marşansiya (lat. Marchantiales) — marşansiya (Marchantiidae) yarımsinfinə aid sırası. Bu sırasının nümayəndələrinin tallomu mürəkkəb anatomik quruluşa malikdir. Nümayəndələrinin əksəriyyətinin tallomunun üst qatında assimilyasiyaedici hava qatı, sadə quruluşlu ağızcıqlar, alt tərəfində amfiqastr adlanan pulcuqlar yerləşir. Sadə və dilcikşəkilli rizoidləri olur. Arxeqoni və anteridilər tallomun üst tərəfinin əsasən çuxur hissəsində yerləşir, bəzən qametofitin toxumasına söykənirlər. İnkişaf etmiş növlərdə isə onlar tallomun dirsəyinin üstündəki lövhəciklərin üzərində inkişaf edir. Marşansiya sıranın ən geniş yayılmış fəsiləsi Marşansiyakimilər (Marchantiaceae) fəsiləsidir.
Qaraçöhrə (sıra)
Qaraçöhrə (lat. Taxales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki sırası.
Qatırquyruğu (sıra)
Qatırquyruğu (lat. Equisetales) — qatırquyruğukimilər şöbəsinin qatırquyruğu sinfinə aid bitki sırası.
Riniya (sıra)
Rhynia gwynne-vaughanii (lat. Rhynia gwynne-vaughanii) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin riniya cinsinə aid bitki növü.
Salviniya (sıra)
Salviniya (lat. Salviniales) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinə aid bitki dəstəsi. Marsileaceae Mirb. in Lam. & Mirb. 1802 Salviniaceae Martinov 1820 "Hydropteridales" Marsileales Bartl. in Mart. 1835 Pilulariales Bercht.
Sıra (hərb)
Sıra - hərbi qulluqçuların piyada və maşınlarla birgə hərəkəti üçün Nizamnamə ilə düzülüşünə deyilir.
Sıra (riyaziyyat)
Sıra (riyaziyyat) — sonsuz ədədlər ardıcıllığının elementlərindən düzəldilmiş cəm. Sıra (riyaziyyat) iki baxımdam öyrənilir: riyazi analizdə; kompleks analizdə; В. А. Зорич. Глава III. Предел. § 1. Предел последовательности, Математический анализ, часть I, М, Наука, 1981, стр.104-114,стр.544, Ю. С. Богданов — «Лекции по математическому анализу» — Часть 2 — Минск — Издательство БГУ им. В. И. Ленина — 1978.
Sıra sayı
Sıra sayları — əşyanın sırasını bildirən, "neçənci?", bəzən də "hansı?" sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı ?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir.
Yungermani (sıra)
Yungermani (lat. Jungermanniidae) — Jungermanniopsida sinfinə aid yarımsinif. Yungermani sırası ən geniş sıra olub, 20 fəsilə, 200 cins və 5000 növü özündə cəmləşdirir. Bu sıraya iki cərgədə düzülmüş yarpağı və qarın hissəsində bir cərgədə düzülmüş amfiqastrı olan, tam sərilən, yarpaqlı gövdəli formalar daxildir. Metzgerilərin yarpaqlı gövdəli formalarının yarpaqlarından fərqli olaraq yungermanilərin hər yarpağı iki hüceyrədən əmələ gəlib və böyümə nöqtəsinin yaxınlığında inkişaf edir. Əksər hallarda yarpaqlar iki çıxıntılıdır. Üst tərəfdəki iri çıxıntı yuxarıdakı hüceyrədən, alt tərəfdəki kiçik çıxıntı aşağıdakı hüceyrədən formalaşır. Bəzən alt çıxıntı inkişaf etmir. Yungermanilər ciyərotu mamırları içərisində ən polimorf qrup olub, geniş ekoloji coğrafi amplitudaya malikdir. Yungermanilər əsasən tropik və subtropik vilayətlərin rütubətli ərazilərində, bir hissəsi soyuq iqlimi olan tundrada, bəzi nümayəndələri isə hətta quru vilayətlərdə inkişaf edir.